Süpürgəçini avtomobillə vurub öldürən şəxsin şikayəti təmin edilməyib

Gündəm 20 Sentyabr 2018 11:19 Oxunub 567
Süpürgəçini avtomobillə vurub öldürən şəxsin şikayəti təmin edilməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı Apellyasiya Məhkəməsində

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əflatun Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Ə.Cəfərovun apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, yol qəzası ötən il Sabunçu rayonu ərazisində baş verib. Şəhər şosesində, Koroğlu metrostansiyası ilə Zabrat qəsəbəsi arasında sərnişin daşıma ilə məşğul olan 148 saylı marşrut avtobusunun sürücüsü Ə.Cəfərov yolu keçən 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğlunu vurub. "İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu piyada hadisə yerində ölüb. Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunmuş ittiham üzrə Ə.Cəfərov özünü təqsirli bildiyini deyib. Daha sonra məhkəmədə mərhum Ş.Yadigarovun oğlu, hüquqi varis kimi tanınan Mehman Yadigarov da dindirilib. O, atasının Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyində süpürgəçi işlədiyini bildirib. Hakim söyləyib ki, iş materiallarında mərhumun heç yerdə işləmədiyi yazılıb. Məhkəmədə məlum olub ki, mərhum yol qəzasında vəfat etdiyi gün onu işdən azad ediblər. Halbuki o, iş zamanı düşdüyü avtomobil qəzasında dünyasını dəyişib. Məhkəmənin hökmü ilə Ə.Cəfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh