60 mln. dollar dəyərində kriptovalyuta oğurlandı

Gündəm 20 Sentyabr 2018 11:20 Oxunub 597
60 mln. dollar dəyərində kriptovalyuta oğurlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə sentyabrın 14-də baş versə də, birja işçiləri bundan 4 gün sonra xəbər tutublar

Yaponiyanın onlayn rejimdə fəaliyyət göstərən “Tech Bureau Corp” birjasından bitkoin də daxil olmaqla müxtəlif kriptovalyutalar oğurlanıb. Avtosfer.az-ın "Report"a  istinadən xəbər verir ki, oğurluğun dəyəri 6,7 mlrd. yapon yen (təxminən 60 mln. ABŞ dolları) təşkil edib. Hadisə sentyabrın 14-də baş versə də, birja işçiləri bundan 4 gün sonra xəbər tutublar. 2 saat ərzində oğurlanmış kriptovalyutaların 40 mln. dollarlıq hissəsi müştərilərin birjada depozit kimi saxladığı vəsaitləri olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh