Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Gündəm 20 Sentyabr 2018 11:49 Oxunub 549
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ərus kəndi ərazisində içərisində narkotik olduğu şübhə doğuran selofan torba tapılıb. Ekspertizaya təqdim olunan həmin maddənin çəkisi 1 kiloqram 835 qram heroin olduğu müəyyən edilib. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zamanda həmin narkotikin kimə məxsus olduğu müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə narkotiki ora ataraq qaçmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Rəşad Əzizov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh