Elektrik naqilini kəsərək oğurlayan şəxslər saxlanılıb - Zaqatalada

Gündəm 20 Sentyabr 2018 11:53 Oxunub 607
Elektrik naqilini kəsərək oğurlayan şəxslər saxlanılıb - Zaqatalada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
RPŞ-də araşdırma aparılır

Sentyabrın 5-dən 17-dək olan müddətdə şəhər ərazisində küçələrin işıqlandırılmasında istifadə edilən 450 metr elektrik naqilinin kəsilərək oğurlanması barədə müraciət daxil olub. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, dərhal Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların şəhər sakinləri Cavidan Süleymanov və Rövşən Cavadlı olduqları müəyyən edilib. RPŞ-də araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh