Arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Gündəm 20 Sentyabr 2018 12:07 Oxunub 603
Arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin baxış iclası sentyabrın 28-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Mahir Alıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə elan olunub ki, qətlə yetirilən şəxsin hüquqi varisi Oktay Heydərovdur. Məhkəmənin baxış iclası sentyabrın 28-nə təyin edilib. Qeyd edək ki, qətl bu il Binəqədi rayonu ərazisində baş verib. M.Alıyev həyat yoldaşı Mehriban Alıyevanı qısqanclıq zəminində qətlə yetirib. O, daha sonra həbs edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh