Avtomobil oğruları tutuldu

Gündəm 20 Sentyabr 2018 12:24 Oxunub 621
Avtomobil oğruları tutuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
​Faktlarla bağlı araşdırmalar aparılır

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, ​belə ki, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 14-cü məhəllənin ərazisindən şəhər sakini Nail Camalovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən şəhər sakini İlkin İsmayılov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun sentyabrın 6-da Rauf Manafovun “VAZ-2107” markalı avtomobilini qaçırdığı da müəyyən edilib. ​Digər bir avtomobil qaçırılması faktı isə Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində açılıb. Belə ki, sentyabrın 14-də Mehdiabad qəsəbəsinin ərazisindən qəsəbə sakini Qədir Hüseynovun “VAZ-2102” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Fərid Əliyev və Novruz Xibiyev avtomobillə birgə saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh