Mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Gündəm 20 Sentyabr 2018 12:26 Oxunub 579
Mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
​Faktlarla bağlı araşdırmalar aparılır

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Anar Nərimanov saxlanılıb. Daxil olmuş müraciət əsasında Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşlarının “isti izlər”lə keçidrikləri tədbirlər nəticəsində sentyabrın 19-da Maştağa qəsəbəsindəki evlərin birindən 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Seymur Musayev saxlanılıb. ​Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində 5 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Anar Cəfərli və qohumu Eşqin Hüseynov saxlanılıblar. ​Faktlarla bağlı araşdırmalar aparılır.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh