Yük avtomobili nənə və nəvəni vurdu: qadın ölüb - Sumqayıtda

Qəzalar 20 Sentyabr 2018 12:31 Oxunub 786
Yük avtomobili nənə və nəvəni vurdu: qadın ölüb - Sumqayıtda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır

Sumqayıt şəhərində yük avtomobili qadın piyadanı vuraraq öldürüb.  Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, hadisə sentyabrın 19-da saat 11 radələrində şəhərin 43-cü məhəlləsinin ərazisində qeydə alınıb.  Belə ki, Simqayıt şəhər sakini Fariz Xəlilov idarə etdiyi “Ford” (yük) markalı avtomobillə yolu keçən həmyerliləri Ətifə Kəlbəliyevanı və nəvəsi – 6 yaşlı Röyal Kəlbəliyevi vurub. Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib. Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh