Dükan sahibini öldürən satıcının məhkəməsi başladı

Gündəm 20 Sentyabr 2018 13:58 Oxunub 966
Dükan sahibini öldürən satıcının məhkəməsi başladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı Ağır Cinayətlər Məhkəməsində

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı sentyabrın 27-nə təyin edilib. İttihama görə, bu ilin may ayında Sumqayıt şəhər ərazisində yerləşən gül mağazasının sahibi Vüqar Quliyev öz mağazasında qətlə yetirilib. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində qətldə şübhəli bilinən Vüsal Novruzov saxlanılıb. V.Novruzov əvvəllər V.Quliyevin satıcısı işləyib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh