Səngəçal və Goran stansiyalarında 17 yoldəyişən qurğu dəyişdirilir - FOTO

Gündəm 20 Sentyabr 2018 14:03 Oxunub 992
Səngəçal və Goran stansiyalarında 17 yoldəyişən qurğu dəyişdirilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. Azərbaycan Dəmir Yolları QSC-dən Avtosfer.az-a verilən məlumata görə, hazırda Səngəçal və Goran stansiyalarında 17 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 209 yoldəyişən yenisi ilə əvəz olunub.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh