İki “VAZ” toqquşdu: 4 yaralı

Qəzalar 20 Sentyabr 2018 14:28 Oxunub 928
İki “VAZ” toqquşdu: 4 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza Qızılyurd rayonunun Kulzeb kəndində baş verib

Dünən axşam saatlarında Dağıstanda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtomobillərdən birinin sürücüsü azərbaycanlı olub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı dörd nəfər xəsarət alıb. Qəza Qızılyurd rayonunun Kulzeb kəndində baş verib. Qayakənd rayonu Pervomaysk kəndinin 27 yaşlı sakininin idarə etdiyi “VAZ-2114” markalı avtomobillə Azərbaycan Respublikasının Yevlax rayonunun 36 yaşlı sakininin idarə etdiyi “VAZ-21099” markalı avtomobil toqquşub.  Hadisə zamanı “VAZ-2114”ün sürücü və sərnişinləri xəsarət alaraq, xəstəxanalara yerləşdiriliblər. Qəzanın “VAZ-2114”ün sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində baş verdiyi bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh