Prezident Ramil Usubovu mükafatlandırdı - FOTO

Yol polisi 20 Sentyabr 2018 14:32 Oxunub 2535
Prezident Ramil Usubovu mükafatlandırdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
General-polkovnik Ramil Usubov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Xəbər verildiyi kimi, Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə, Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 29 iyun tarixli sərəncamı ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ötən gün Prezident İlham Əliyev yüksək dövlət mükafatını - 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini daxili işlər naziri, general-polkovnik Ramil Usubova təqdim edib.

http://modern.az/uploads/news/news_in/099ce7b1537439309.gif

ŞƏRH YAZ
Ad

E-mail

Şərh