Ağstafada ər-arvad qonşuları tərəfindən döyülüb - FOTO

Gündəm 20 Sentyabr 2018 15:00 Oxunub 1050
Ağstafada ər-arvad qonşuları tərəfindən döyülüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağstafa rayonunda ər-arvad qonşuları tərəfindən döyülüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakinləri - 1987-ci il təvəllüdlü Ramiz Aslan oğlu Sultanov və həyat yoldaşı, 1988-ci il təvəllüdlü Aliyə Zahid qızı Sultanova qonşuları tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların hər ikisi xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Məlumata görə, qonşular arasında müxtəlif səbəblərdən əvvəllər də mübahisə yaşanırmış. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh