Ailənin 10-cu övladı doğuldu: Uşaqların sayının 10-a çatdırılmasının maraqlı izahı var - VİDEO

Maraqlı 20 Sentyabr 2018 21:38 Oxunub 1946
Ailənin 10-cu övladı doğuldu: Uşaqların sayının 10-a çatdırılmasının maraqlı izahı var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ailədəki ən böyük uşağın 13 yaşı var

Bərdədə yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya gəlib. Uşaqların sayının 10-a çatdırılmasının isə çox maraqlı izahı var. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəlib. Avtosfer.az-ın məlumatına görə, Bərdənin Yenidaşkənd kəndində yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya göz açıb. 14 il evli olan bu ailənin indiyədək 4 qız və 5 oğlan övladı olub. Onlar azuşaqlı ailələrə nümunə olmaq üçün belə bir addım atdıqlarını deyirlər. Uşaqların sayının 10-a çatdırılması isə doğma Vətənin adındakı hərflərin sayı ilə bağlıdır. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəliblər. Hələlik körpəyə qoyulacaq adla bağlı qərar verməyiblər. Həkimlər körpənin çəkisinin və səhhətinin normal olduğunu deyirlər. Ailədəki ən böyük uşağın 13 yaşı var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh