Gəmi qəzaya uğradı: 44 ölü

Qəzalar 21 Sentyabr 2018 06:27 Oxunub 535
Gəmi qəzaya uğradı: 44 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hökumət suda batanların 200 nəfərdən çox olacağını ehtimal edir

Tanzaniyada sərnişin bərəsinin qəzaya uğraması nəticəsində azı 44 nəfər həyatını itirib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə yerli hökumətə istinadən "Capital Television" telekanalı məlumat yayıb. Bildirilir ki, hadisə cümə axşamı Viktoriya gölündə baş verib. Mvanza şəhərinin bölgə komissarı Con Monqella bildirib ki, hazırda havanın qaralması ilə əlaqədar olaraq xilasetmə işləri dayandırılıb və səhər yenidən bərpa olunacaq. "O bildirib ki, 44 cəsəd aşkar olunub və 37 nəfər xilas edilib", - deyə telekanalın "Twitter" mikrobloqunda qeyd edilib. Məlumata görə, bərənin göyərtəsində olan insanların dəqiq sayı bilinməsə də, gəminin təqribən 100 sərnişin, 25 ton yük və üç kiçik nəqliyyat vasitəsi daşıdığı güman olunur. KİV yazır ki, Tanzaniya hökuməti suda batanların 200 nəfərdən çox olacağını ehtimal edir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh