"Təcili yardım" maşını qulaqcıqla velosiped sürən kişini vurub - Lənkəranda

Qəzalar 21 Sentyabr 2018 06:43 Oxunub 707
"Təcili yardım" maşını qulaqcıqla velosiped sürən kişini vurub - Lənkəranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Lənkəran şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Zərifə Əliyeva və Hənifə Abdullayev küçələrinin kəsişməsində Masallı Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "90-JD-642" dövlət qeydiyyat nişanlı avtomobili yolu keçməkdə olan velosipedçini vurub. Ətrafdakıların sözlərinə görə velosipedçi qulaqcıq taxdığından "təcili yardım" avtomobilinin xəbərdarlıq siqnalına əhəmiyyət verməyib. "Təcili yardım"ın sürücüsü xəsarət alan Lənkəran şəhəri, Müslüm Maqomayev küçəsi, ev 17-də yaşayan 19 yaşlı Aslan Şaiq oğlu Məmmədlini dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Hadisə "təcili yardım" maşını Mərkəzi Qan Bankının Lənkəran bölməsindən xəstə üçün qan götürüb geri qayıtdığı zaman baş verib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh