Şəkidə qəza zamanı iki nəfər xəsarət alıb

Qəzalar 21 Sentyabr 2018 06:56 Oxunub 648
Şəkidə qəza zamanı iki nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Axşam saatlarında Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 1996-cı il təvəllüdlü yerli sakin Salamov Sahib Möhlüd oğlu minik maşını ilə Şəki-Marxal yolunda hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və avtomobili yolun kənarındakı çökəkliyə aşırıb. Nəticədə M.Salamov və Şirvan şəhərindən olan 1997-ci il təvəllüdlü sərnişin Əmrahova Ceyhunə Arif qızı aldıqları bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların hər ikisinə ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-stabildir. Xəsarət alan 21 yaşlı Ceyhunə Əmrahova Pedaqoji Universitetin Şəki filialının tələbəsidir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh