Bakıdakı ağır qəza ilə bağlı cinayət işi açıldı

Qəzalar 21 Sentyabr 2018 07:05 Oxunub 1171
Bakıdakı ağır qəza ilə bağlı cinayət işi açıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb. Avtosfer.az xəbər verir ki, Xətai rayon Polis İdarəsindən “Report”a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh