ASAN xidmətin yanında qanunsuz parkinq təhlükə yaradır - FOTO

Xəbərlər 21 Sentyabr 2018 12:44 Oxunub 1677
ASAN xidmətin yanında qanunsuz parkinq təhlükə yaradır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlətə heç bir vergi ödəmir və külli miqdarda vergidən yayınır

Xətai rayonu ərazisində yerləşən ASAN xidmətin yanında qeyri-qanunu parkinq fəaliyyət göstərir. Bu barədə Avtosfer.az-a oxucularımızdan biri məlumat verib. Məlumatda deyilir ki, bəzi işbazlar avtomobillərin saxlanması üçün qanunsuz ödənişlər tələb edirlər və heç bir qəbz təqdim etmirlər. “Bir söz deyəndə deyir bura mənim yerimdi, mən burda "baş parkovşikəm", qəbz təqdim etmirəm çünki VÖEN yoxdur, hara istəyirsiz şikayət edin".                     

Oxucu qeyd edir ki, qanunsuz parkinqdə çayxana-kafe təşkil ediblər, bu da insanlarada maneə yaradır. İşin təhlükəli tərəfi ondan ibarətdir ki, orda yanğınsöndürən üçün təyin olunmuş fövqəladə su nasosun qabağını da kəsiblər. “O maşınlara hər hansı bir təhlükə yaransa əraziyə yanğınsöndürən maşın daxil ola bilməyəcək və çox ağır fəsadlara səbəb olacaq".

Qeyd edək ki, qanunsuz olan parkinq dövlətə heç bir vergi ödəmir və külli miqdarda vergidən yayınır.

Aidiyyatı qurumların məsələyə münasibət bildirəcəyinə ümid edirik.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh