Bakıda belə yollar da var - FOTOLAR

Avtosfer Foto 21 Sentyabr 2018 23:11 Oxunub 2800
Bakıda belə yollar da var - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhəllədaxili yollar bu halda olduğu üçün əsas yollarda tıxac yaranır

Son günlər sosial şəbəkələrdə insanlar paytaxt küçələrində və regionlarda yolların bərbad olmasından şikayət edir. Belə ki, çökən yollar təmir edilmir. Ekspertlər də hesab edir ki, mobil briqadalar olsa və cari təmir işləri aparılsa o zaman yollar tez sıradan çıxmaz. Avtosfer.az-a oxucularımızın birinin göndərdiyi fotolarda Aşıq Molla Cümə küçəsi 19b ünvanındakı (Jasmin marketin yanı) acınacaqlı vəziyyət əks olunub. Belə ki, yolun hərəkət hissəsi çöküb. Hətta o qədər uzun müddətdir ki, zibil yerinə də çevrilib. 

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı hesab edir ki, paytaxtın mərkəzi küçələrində bu cür problemlər olmasa da ara yolların çoxu bərbad vəziyyətdədir. “Bir çox küçələr var ki, alternativ yol kimi istifadə olunur. Lakin həmin küçələrdə vəziyyət heç də ürəkaçan deyil. Ona görə də sürücülər haqlı olaraq öz avtomobillərini qorumaq üçün həmin küçələrə girmirlər. Nəricədə də sıxlıq və tıxac yaranır. Amma həmin küçələr təmir olunarsa bu, həm sürücülərə alternativ yol üçün fürsət verər, həm də sıxlıq azalar”.

Ekspertin fikrinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu sahəyə diqqət ayırmalıdır. “Ölkədə son illər avtomobil yollarının yenilənməsinə, təmir və yeni yolların çəkilməsinə dövlət tərəfindən xeyli maliyə ayrılır. Amma əsas yollarla yanaşı alternativ yolların da bərpası vacib məsələdir. Çünki şəhərdaxili hərəkətin əsasını təşkil edən bu küçələr genişlənib təmir olunarsa sürücülər də rahat nəfəs alar. Ümidvarıq ki, aidiyyatı qurumlar bu məsələni diqqətdə saxlayacaq.”

 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh