Ad və soyadını dəyişmək istəyənlərin sayı artır: Müraciətlərin çoxu Bakı kəndlərindəndir - VİDEO

Adlar hər bir xalqın milli kimliyini özündə əks etdirir. Buna görə də hər bir valideyn dünyaya gələn övladına düzgün ad seçməlidir. Ancaq çox təəssüflər olsun ki, bəzən mentalitetə uyğun olmayan, hətta qəribə səslənən adlar seçilir. Həmçinin soyadını dəyişdirmək istəyənlərin də sayı artıb. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına müraciətlər daxil olub. Komissiyanın sədr müavini Sayalı Sadıqova deyir ki, soyadlar dəyişdirilərkən hər bir nəslin soy kökünü özündə əks etdirən soyadların verilməsi tövsiyə edilir. Onun sözlərinə görə, öz övladlarına Azərbaycan adlarının dəyişdirilmiş formasını qoymaq istəyənlər də az deyil. Eyni zamanda, uşaqlarına Mira və İmayna adını vermək istəyənlər də olub. Bundan başqa, Vüsal adlı oğlan adının dəyişdirilərək Anzor qoyulması üçün müraciət edib. Terminologiya Komissiyasının sədr müavininin sözlərinə görə, Azərbaycanda adını və soyadını dəyişmək istəyən şəxslərin sayı artıb. Bu il ərzində 100-dən çox şəxs ad və soyadının dəyişdirilməsi üçün müraciət edib. Ad və soyad dəyişdirilməsi ilə bağlı daha çox müraciət isə Bakının kəndlərindən gəlir. Sayalı Sadıqova bildirir ki, təklif edilən bütün soyad və adlar qaydalara uyğun olmadığından müraciətlərin hamısına mənfi cavab verilib.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










