Sürücülərin diqqətinə: yeni fırıldaqçılar peyda olub

Avtoxəbər 22 Sentyabr 2018 13:50 Oxunub 2419
Sürücülərin diqqətinə: yeni fırıldaqçılar peyda olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə sosial şəbəkələrdə bir sıra şəxslər xəbərdarlıq da edib

Tez-tez cəmiyyətdə insanların etibarından sui-istifadə edən adamlar barədə məlumatlar yayılır. Bir müddət əvvəl əllərində qab "benzinimiz bitib" deyərək sürücülərdən 5-10 manat alanlar peyda olmuşdu. Yaxud özünü maşının qabağına atıb guya yaralanmış kimi sürücüdən həkimpulu alanlar da var idi. İndi isə həmin adamlar yeni metoda əl atıblar. Belə ki, əllərində əvvəlcədən sındırılmış telefon olur. Özlərini avtomobilə sürtür və guya telefon düşüb sındı kimi bəhanə edərək sürücülərdən pul qoparmağa çalışırlar. Bəzən buna nail də olurlar. Amma sürücü gəl ekspertizaya gedək deyən kimi həmin şəxslər "yox olurlar." 

Bu barədə sosial şəbəkələrdə bir sıra şəxslər xəbərdarlıq da edib. Odur ki, sürücüləri diqqətli olmağa və belə şəxslərə etibar etməməyə çağırırıq.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh