Sekvoya dünyanın ən hündür ağacıdır - FOTO

Maraqlı 22 Sentyabr 2018 22:30 Oxunub 2581
Sekvoya dünyanın ən hündür ağacıdır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun boyu 115,5 metrə çatır

Sərv ağac növlərindən olan sekvoya planetimizin ən nəhəng bitkilərindən biridir. Onun gövdəsi və kökləri on metrlərlə dərinliyə gedir. Nəhəng ağacın budaqları uzun illər boyu səmaya doğru uzanır və dünyanın ən yüksəyə qalxan bitkisi hesab olunur. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, hazırda tarixi məlum ən qədim sekvoyanın 3,5 mindən çox yaşı var. Bu ağacların orta hündürlüyü təxminən 60 metrə çatır. Lakin sekvoyaların 90 metr və daha hündürlərinə də rast gəlmək mümkündür. Hətta hündürlüyü 105 metrdən çox olan yarım minədək sekvoya ağacı da məlumdur. San-Fransisko yaxınlıqda Redvud Milli parkında bitən Hiperion sekvoyası hazırda planetimizin ən hündür ağacıdır. Onun boyu 115,5 metrə çatır. Sekvoyanın çox da hündür olmayan, lakin böyük diametrə malik bəzi növləri də var. Dünyanın ən həcmli sekvoya ağacı məhz bu növə aiddir. Bu, hündürlüyü 83,3 metrə çatan “General Şerman”dır. Onun əsasının diametri 11,1, çətirinin əhatəsi isə 31,3 metrdir. Ağacın həcmi 1487 kubmetr təşkil edir.

https://azertag.az/files/galleryphoto/2018/3/1000x669/15376024011908545330_1000x669.jpg

https://azertag.az/files/galleryphoto/2018/3/1000x669/15376024011323348929_1000x669.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh