BMW 140 minə yaxın avtomobili geri çağırır

Avtoxəbər 22 Sentyabr 2018 19:30 Oxunub 1135
BMW 140 minə yaxın avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq

Almaniyanın BMW şirkəti Çin bazarında satdığı 3-cü seriyadan olan 140 minə yaxın avtomobili hava kondisionerlərindəki qüsurlarla əlaqədar geri çağırır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb. Qərara əsasən, 2005-2011-ci ildə Çində istehsal edilmiş 89 mindən çox və xaricdən idxal olunmuş təxminən 50 min avtomobil geri çağırılacaq. Noyabrın 9-dan etibarən avtomobillər yoxlanılaraq, qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh