Bakı sakininin 400 manatını oğurlayan şəxslər tutuldu

Gündəm 22 Sentyabr 2018 20:24 Oxunub 741
Bakı sakininin 400 manatını oğurlayan şəxslər tutuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb

Sentyabrın 19-da Daxili İşlər Nazirliyinin (DİN) “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini Vladimir Yeqorov Xətai rayonu ərazisində evinin qarşısında naməlum şəxsin onun 400 manatını açıq talama yolu ilə aldığını bildirib. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, məlumatla əlaqədar Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları dərhal hadisə yerinə yollanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakini Razi Əliyev və Göygöl rayon sakini Emin Qədimov olduqları müəyyən edilib. Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh