Sərnişin dolu marşrut avtobusunu su basdı - VİDEO

Avtosfer TV 23 Sentyabr 2018 15:24 Oxunub 1333
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda yağış sularının axması üçün heç bir sistem normal işləmir

Səhər saatlarından Bakıda yağan leysan nəticəsində bir neçə küçəni su basıb. Avtosfer.az minval.info-ya istinadən xəbər verir ki, yağışdan sonra paytaxtın mərkəzi küçələri suyun altında qalıb. Kanalizasiya sisteminin bərbad halda olması Bakını yağış zamanı iflic hala salıb. Bu gün səhər saatlarında yağan yağışdan sonra hər yerdən bənzər videolar yayılır. Küçələr su altında qalıb, metrostansiyanı su basıb və s. Bu videolardan biri də marşrut avtobusu ilə bağlıdır. Belə ki, yağış sularının axması üçün heç bir sistem normal işləmir. Buna görə də küçələrdə suyun hündürlüyü həddən artıq çoxdur. Bu da içi sərnişin dolu marşrut avtobusunun salonuna suyun dolmasına səbəb olub. Həmin görüntüləri təqdim edirik:

 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh