Klubdan qovuldu, qayıdıb maşını ilə içəri girdi – VİDEO

Avtosfer TV 23 Sentyabr 2018 22:03 Oxunub 1154
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində 8 nəfər yaralanıb

İngiltərənin Kent qraflığında sürücü avtomobilini kluba sürüb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər yaralanıb. Hadisədən bir müddət sonra sürücü saxlanılıb. Adam öldürməyə cəhd etdiyinə görə onunla bağlı cinayət işi açılıb. 21 yaşlı Məhəmməd Abdul adlı sürücü ötən gün hakim qarşısına çıxarılıb. O, bildirib ki, hadisəni klubun mühafizəçilərindən "intiqam" almaq üçün törədib. Belə ki, 15 badə şərab içən Məhəmməd tekila da içib, narkotik maddə qəbul etdiyinə görə klub mühafizəçiləri tərəfindən çölə çıxarılıb. O, da hirsini soyutmaq üçün avtomobilini kluba sürüb. Mart ayında baş verən hadisənin görüntüləri əldə olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh