Bakıda yeni fırıldaq növü - VİDEO

Avtosfer TV 23 Sentyabr 2018 21:00 Oxunub 1171
Bakıda yeni fırıldaq növü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür halla Bakıda onlarla sürücü rastlaşıb

Bakıda bir qrup fırıldaqçı asan pul qazanmağın yolunu tapıb. Avtosfer.az-ın oxu.az-a istinadən məlumatına görə, onlar yol kənarında dayanaraq hərəkətdə olan avtomobillərə toxunurlar. Bundan sonra sürücüyə yaxınlaşan fırıldaqçılar telefonlarını sındığın bildirərək pul tələb edirlər. Belə bir hadisə ilə rastlaşan sürücü Orxan Məmmədov bildirib ki, bu telefonun ekranı artıq sınmış vəziyyətdə olur: “Nömrə olmadığını görəndə artıq başa düşdüm ki, ekran əvvəlcədən sınmışdı. Avtomobilimi bir az qabaqda saxlayıb videogörüntüyə baxmaq istədiyimi görəndə onlar avtobusa minib getdilər”, - deyə o bildirib. Qeyd olunur ki, bu cür halla Bakıda onlarla sürücü rastlaşıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh