Sabirabadda iki bacı yol qəzasında xəsarət alıb

Qaydalar 24 Sentyabr 2018 02:12 Oxunub 1359
Sabirabadda iki bacı yol qəzasında xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mitsubishi” markalı avtomobil qarşısında hərəkətdə edən “VAZ-2107”yə çırpılıb

Sabirabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Nizami kəndində qeydə alınıb. “Mitsubishi” markalı avtomobil qarşısında hərəkətdə edən, sola dönmək istəyən “VAZ-2107” markalı avtomobilə çırpılıb. "VAZ-2107" zərbənin gücündən yoldan çıxıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər, Sabirabadın Çöl Ağammədli kənd sakinləri - 1966-cı il təvəllüdlü İsmiyeva Təranə Qəribağa qızı və 1953-cü il təvəllüdlü İsmiyeva Nərminə Abdulla qızı müxtəlif xəsarətlər alıblar. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. N.İsmiyevanın vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb. Qeyd edək ki, T.İsmiyeva və N.İsmiyeva ögey bacılardır.

Faktla bağlı araşdırma aparılır. 

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh