Bu görüntülərə görə hamı yol polisinə təşəkkür etdi - VİDEO

Yol polisi 24 Sentyabr 2018 02:16 Oxunub 4335
Bu görüntülərə görə hamı yol polisinə təşəkkür etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşlar DYP əməkdaşlarının bu cür davranışlarını alqışlayıb

Dünən Bakıda güclü yağışdan sonra yollarda yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün səfərbər olan ilk canlı qüvvə yol polisləri olub. Bunu sosial şəbəkələrdə vətəndaşların yaydığı videolardan da görmək mümkündür. Çətin şəraitə baxmayaraq DYP əməkdaşları gölməçələrə daxil olaraq yollarda qalan sürücülərə, piyada və sərnişinlərə köməklik göstəriblər. Avtosfer.az-ın təqdim etdiyi bu videonu da vətəndaşlar çəkib və sosial şəbəkələrdə yayıb. İnsanlar yol polisinin bu cür fədakar davranışını alqışlayaraq ona təşəkkür edib.

Videodan da aydın olur ki, gölməçədə lyükün qapağı çıxdığı üçün sürücülər oranı görmür və maşınlar lyuka düşür. Bir maşını lyukdan çıxaran yol polisləri daha sonra patrul avtomobilini çəpəki saxlayaraq digər avtomobillərin ora düşməsinin qarşısını alırlar. Eyni zamanda, YPX əməkdaşları özləri lyukun qapağını bağlamağa çalışırlar.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh