Avtomobilin salonunda gizlədilmiş mobil telefonlar aşkar olunub - FOTO

Gündəm 24 Sentyabr 2018 11:06 Oxunub 695
Avtomobilin salonunda gizlədilmiş mobil telefonlar aşkar olunub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa oturacaqlarının alt hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerində 4 ədəd " Samsung Galaxy J2 pro" və 6 ədəd " Samsung Galaxy J3 pro" telefonları aşkar edilib Faktla bağlı araşdırma aparılır.

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh