DİN Bakı bulvarında aşkarlanan naməlum meyitin yaxınlarını axtarır

Gündəm 24 Sentyabr 2018 11:31 Oxunub 789
DİN Bakı bulvarında aşkarlanan naməlum meyitin yaxınlarını axtarır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Barəsində məlumatı olanlardan vu telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur

Səbail rayonu ərazisində Milli Parkda yerləşən “Saat qülləsi”nin yaxınlığında Xəzər dənizindən təxminən 35-40 yaşlarında olan naməlum kişi meyidi aşkar edilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sentyabrın ayının 23-də aşkarlanan meyitin xarakterik əlamətləri belədir: Boyu 165-175 santimetr, arıq bədən quruluşlu, gözlərinin rəngi qara, saçları qaradır. Üzərində qısaqollu qəhvəyi zolaqlı ağ köynək, mavi cins şalvar, qara ayaqqabıları var. Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 39-cu Polis Bölməsinə (012) 498-02-02, (050) 636-60-60, (055) 414-65-72, (055) 561-77-85 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

https://cdn.trend.az/media/pictures/2018/09/24/namelum_shexs_240918.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh