DTX və polis Astarada əməliyyat keçirdi: silah-sursat aşkarlandı
Gündəm
24 Sentyabr 2018 11:35
Oxunub 759
Araşdırma aparılır
DTX və polis Astarada əməliyyat keçirib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 22-də Astara Rayon Polis Şöbəsinin və DTX-nın rayon şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini Teymur Paşayevə məxsus “Mercedes” markalı avtomobilin salonundan 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə T.Paşayevin atası Ağadadaşın Pensər kəndində yaşadığı evdən isə 1 ədəd pnevmatik tapança, 1 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng, 7 ədəd patron və 1 ov bıçağı aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Namiq
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR