Həyətyanı sahədən külli miqdarda narkotik aşkar edildi - FOTO

Gündəm 24 Sentyabr 2018 12:49 Oxunub 634
Həyətyanı sahədən külli miqdarda narkotik aşkar edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Gədəbəy RPŞ-də araşdırma aparılır

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində, narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Gədəbəy rayon sakini Amin Məmmədovun rayonun Slavyanka kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilən 173 ədəd narkotik çətənə bitkisinə bənzər 2249 kiloqram olan kollar, evin yardımçı otaqlarında yarı qurudulmuş halda saxlanılan 97 kiloqram 500 qram və 70 ədəd 3 kiloqramlıq şüşə bankalara yığılan çəkisi 8 kiloqram 400 qram olan qurudulmuş marixuanaya bənzər narkotik vasitə aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib. Faktla bağlı Gədəbəy RPŞ-də araşdırma aparılır.

Namiq

https://scontent.fgyd12-1.fna.fbcdn.net/v/t1.0-9/42424738_2120738958143406_1431393487428780032_n.jpg?_nc_cat=100&oh=d6578c97e4f04a2c8994e1f244660f35&oe=5C2FA204

https://scontent.fgyd12-1.fna.fbcdn.net/v/t1.0-9/42380613_2120738974810071_6941239952944398336_n.jpg?_nc_cat=111&oh=eba0c7030fc3ae1d54e544840a2a03c3&oe=5C21B0A7

https://scontent.fgyd12-1.fna.fbcdn.net/v/t1.0-9/42427594_2120739044810064_6148840777712664576_n.jpg?_nc_cat=104&oh=512fb012d6ef854822c6a7ca27816ea0&oe=5C2B7196

ŞƏRH YAZ
Ad

E-mail

Şərh