Avtomobil oğruları saxlanıldı

Gündəm 24 Sentyabr 2018 12:56 Oxunub 610
Avtomobil oğruları saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
​Faktlarla bağlı araşdırmalar aparılır

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsindən Bakı şəhər sakini X.Abdullayevanın “Opel” markalı avtomobilinin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Əhməd Zeynallı olduğu müəyyən edilib. Həmin şəxsin paytaxtın Nəsimi rayonu ərazisində 2 avtomobildən akkumulyator və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən qəsəbə sakini Ş.Mehralıyevin “Volkswagen” markalı avtomobilinin qaçırılması barədə RPİ-yə məlumat daxil olub. Polis əməkdaşlarının“isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Faiq Möhübov avtomobillə birgə Biləcəri qəsəbəsi ərazisində saxlanılıb.

​Faktlarla bağlı araşdırmalar aparılır.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh