Marşrut avtobusunun vurduğu piyada xəstəxanada ölüb - Bakıda

Qəzalar 24 Sentyabr 2018 13:22 Oxunub 606
Marşrut avtobusunun vurduğu piyada xəstəxanada ölüb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır

Bakıda marşrut avtobusunun vurduğu piyada bir həftə sonra xəstəxanada ölüb. Avtosfer.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 15-də saat 16 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.  Belə ki, Bakı şəhər sakini Pərviz Quliyev idarə etdiyi “Daewoo” markalı 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 22-də orada ölüb. Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh