Qoyun oğruları saxlanılıblar

Gündəm 24 Sentyabr 2018 13:23 Oxunub 826
Qoyun oğruları saxlanılıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktlarla bağlı araşdırmalar aparılır

Mal-qara oğurluğu etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 22-nə keçən gecə Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindəki fermaların birindən 27 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. Dərhal başlanan tədbirlərlə oğurluğun Sumqayıt şəhər sakinləri olan 3 nəfər tərəfindən törədildiyi qısa zamanda müəyyən edilib. Sumqayıt ŞPİ-nin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nemət Abbasov, Səyyad Hümbətov və Mahir Aslanov Sumqayıt şəhərinin ərazisində saxlanılıblar. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini M.Adgözəlovun 16 baş qoyununu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Hadıyev saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh