Yaşlı qadını döyərək qızıl boyunbağısını alan şəxslər saxlanılıblar - FOTO

Gündəm 24 Sentyabr 2018 13:25 Oxunub 581
Yaşlı qadını döyərək qızıl boyunbağısını alan şəxslər saxlanılıblar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Bakıda 76 yaşlı qadının başına taxta parçası ilə vuraraq onun 2000 manatlıq qızıl boyunbağısını ələ keçirən şəxslər saxlanılıblar.  Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, bir neçə gün əvvəl Binəqədi rayonu Novxanı bağlar sahəsində yerləşən evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı qadının başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağısını götürüblər. Məlumat daxil olan kimi dərhal Binəqədi rayon Polis idarəsində araşdırmalara başlanılıb. “İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri İlkin Məlikov və Kamran Gəncimaliyev saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İ.Məlikovun qohumudur. O, K.Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər. Faktla bağlı Binəqədi rayon Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh