Sürüşmə zonalarının son vəziyyəti açıqlanıb - Abşeron yarımadasındakı

Gündəm 24 Sentyabr 2018 14:22 Oxunub 949
Sürüşmə zonalarının son vəziyyəti açıqlanıb - Abşeron yarımadasındakı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürüşmə zonalarında daimi olaraq müşahidələr aparılır

"Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Abşeronda yerləşən bütün sürüşmə sahələrində müşahidələr aparılıb". Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, aparılan monitorinqlərin nəticələrinə görə, Abşeron yarımadasında yerləşən sürüşmə zonalarında hazırda ciddi bir gərginlik müşahidə olunmayıb: "Təbii ki güclü, leysan xarekterli yağışdan sonra xırda uçqunlar olur, amma bu uçqunlar sürüşmə deyil. Ola bilsin divarın bünövrəsi yaxşı olmayıb güclü yağışlara tab gətirə bilməyib və uçub". Ə.Qaralovun sözlərinə görə, sürüşmə zonalarında daimi olaraq müşahidələr aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh