Ramil Usubov İrana gedib - FOTO

Gündəm 24 Sentyabr 2018 15:07 Oxunub 715
Ramil Usubov İrana gedib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görüşlərdə qarşılıqlı əlaqələrin perspektivləri və birgə mübarizə məsələləri müzakirə edilib

Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov sentyabrın 24-də İrana səfərə gedib. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində nazir Ramil Usubov İranın daxili işlər naziri Əbdülrza Rəhimi Fəzli və Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani ilə görüşüb. Görüşlərdə qarşılıqlı əlaqələrin perspektivləri, narkotik maddələrin qaçaqmalçılığına və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə məsələləri müzakirə edilib. Ramil Usubovun İran parlamentinin sədri Əli Laricani və kəşfiyyat naziri Seyid Mahmud Ələvi ilə də görüşləri nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh