Avtomobillərdə siqaret çəkilməsinin qadağan olunması təklif edilir

Gündəm 24 Sentyabr 2018 16:09 Oxunub 911
Avtomobillərdə siqaret çəkilməsinin qadağan olunması təklif edilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Sürücü siqareti çəkən zaman kül şalvarına düşür, o da külü təmizləməyə çalışır”

Milli Məclisin (MM) deputatı Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, deputat bu təklifi MM-in Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında səsləndirib. A.Əlizadə deyib ki, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər: “Sürücü siqareti çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman da onun diqqəti yoldan yayınır. Ona görə də bunu qadağan etmək lazımdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh