DİN-in İdman Cəmiyyətində voleybol üzrə çempionat keçirilib - FOTO

Yol polisi 24 Sentyabr 2018 16:27 Oxunub 1227
DİN-in İdman Cəmiyyətində voleybol üzrə çempionat keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qalib komandalar DİN rəhbərliyinin fəxri fərmanı ilə təltif ediliblər

Ölkədə həyata keçirilən idman siyasəti, idmana dövlət səviyyəsində qayğı daxili işlər orqanlarında da özünü müsbət tərəfdən göstərə bilib. DİN rəhbərliyin diqqəti və tələbkarlığının nəticəsidir ki, indi idmançı polis əməkdaşlarının qələbə sorağı müxtəlif beynəlxalq yarışlardan gəlir. Şəxsi heyət arasında mənəvi-psixoloji və fiziki hazırlığın yüksək səviyyədə saxlanılmasını təmin etmək məqsədi ilə mütəmadi olaraq daxili işlər orqanlarının əməkdaşları arasında idmanın müxtəlif sahələrinə aid yarışlar keçirilir. Bu günlərdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təqvim planına uyğun olaraq voleybol üzrə nazirliyin strukturları arasında növbəti voleybol turniri baş tutub. DİO-nun nizami hissələri arasında keçirilən yarışda qələbə uğrunda Daxili Qoşunların Baş İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Baş Mühafizə İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Polis Akademiyası, Əlahiddə Çevik Polis Alayı, Baş Dövlət Yol Polisi İdarəsi olmaqla 7 komanda 2 qrupda mübarizə aparıblar. Tədbirin əsas məqsədi həm də DİN-in yığma komandasını müəyyənləşdirməkdən ibarət olub.

Gərgin keçən turnirin finalında Baş Mühafizə İdarəsi ilə Bakı Şəhər Baş Polis İdarəsinin komandaları üz-üzə gəlib. Oyun Baş Mühafizə İdarəsinin komandasının 2:0-lıq üstünlüyü ilə başa çatıb. 3-cü yerin sahibi isə Nəqliyyatda Baş Polis İdarəsini məğlub edən Polis Akademiyasının kollektivi olub.

Yarışdan sonra qaliblərin mükafatlandırılması mərasimi olub, qalib komandalar DİN rəhbərliyinin fəxri fərmanı ilə təltif ediliblər.

Qeyd edək ki, Baş Mühafizə İdarəsinin voleybol üzrə komandası artıq 11-ci ildir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təşkil etdiyi çempionatda birinci yerə layiq görülür.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh