Bakının yol polisləri Minskdə görün nələr etdi - VİDEO

Yol polisi 24 Sentyabr 2018 18:09 Oxunub 8904
Bakının yol polisləri Minskdə görün nələr etdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
YPX əməkdaşları öz bilik və bacarıqlarını nümayiş etdirərək 10 komanda arasında ikinci yerə çıxdı

Belarusun paytaxtı Minskdə MDB ölkələrinin yol patrul xidməti əməkdaşlarının “Peşakar ustalıq” müsabiqəsi keçirilib. 

Müsabiqədə ölkəmizi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 3 əməkdaşı - polis mayoru Həsən Əliyev, polis baş leytinantı Emil İbrahimov və polis baş serjantı Rasim Paşayev təmsil ediblər. Yarışları Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov, İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev də izləyiblər.

Yarış bir neçə mərhələdən ibarət olub:

1.Xüsusi hazırlıq üzrə

 - yol hərəkəti qaydaları, yol hərəkətinin tənzimlənməsi və nizamlanması;

2. Texniki krimnalistika üzrə 

- xüsusi və operativ mexaniki vasitələr; 

3. Tibbi hazırlıq üzrə 

- nəzəri hissə və yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım;

4. Atəş hazırlığı üzrə 

- silah hissələri və təhlükəsizlik qaydaları üzrə bilik səviyyəsi;

- atəş hazırlığı normativlərin icrası və praktiki atıcılıq;

5. Fiziki hazırlıq üzrə

- güləş;

- döyüş fənnləri; 

- turnirdə dartınma ;

- 1 km kross qaçış;

Müsabiqədə hər sahə üzrə sınaqlar balla qiymətləndirilib və əməkdaşların topladığı ballarla müvafiq yerlər müəyyən edilib.

Birinci yerdə Belarus, ikinci yerdə Azərbaycan, üçüncü yerdə isə Rusiya komandası qalib elan olunub.

Yarışlarda Azərbaycan komandası yol hərəkətinin tənzimlənməsi, fiziki hazırlıq və hərəkətdə olan avtomobil ilə dayanmış nəqliyyat vasitələsinə atəş açmaq üzrə xüsusilə fərqləniblər. Onlara medallar və kubok təqdim olunub.

 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh