İtən uşaq valideynlərini tapdı - VİDEO

Gündəm 24 Sentyabr 2018 19:55 Oxunub 522
İtən uşaq valideynlərini tapdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Polislərə də deyib ki, atamın nömrəsi cibimdədir”

Bakıda marşrut avtobusunda itkin düşən uşaq ailəsinə təhvil verilib. Avtosfer.az xəbər verir ki, 4 yaşlı Yusifin atası Xamiq Seyidov “qafqazinfo”ya açıqlamasında bildirib ki, Sulutəpə qəsəbəsində yaşayırlar: “Özüm “Şamaxinka”da işləyirəm, uşağı da gətirmişdim ki, parka apararam. Səhər biraz parkda oynadı, sonra öz yanıma gətirdim. Mən bu ərazidə 5-ci mərtəbədə işləyirəm. Pilləkənləri nə vaxt düşübsə, xəbərim olmayıb. Küçədən marşruta minib deyib ki, Sulutəpəyə gedirəm, avtobus sürücüsü görüb təkdi, polisə təhvil verib. Oğlumun sudurğası var, həm də dəcəldi. Ona görə nömrəmi kağıza yazıb cibinə qoymuşam, daim orada olur. Polislərə də deyib ki, atamın nömrəsi cibimdədir. Polis əməkdaşları zəng etdilər, gedib götürdüm. İndi uşaq yanımdadır, yaxşıdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh