Alimlər həssas elektron dəri hazırlayıblar

Texnologiya 24 Sentyabr 2018 23:48 Oxunub 1278
Alimlər həssas elektron dəri hazırlayıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onu sınaqdan keçirmək üçün süni ələ bərkidiblər

Çin Elmlər Akademiyasının alimləri insan dərisinə bənzər elektron dəri hazırlayıblar. Alimlərin fikrincə, gələcəyin robotları tərəfindən mürəkkəb, lakin dəqiq hərəkətlərin yerinə yetirilməsi üçün onları hissetmə qabiliyyəti ilə təchiz etmək lazımdır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, yeni elektron dəri təzyiqdəki cüzi dəyişiklikləri qeydə almaq və bu informasiyanı impulslara çevirmək qabiliyyətinə malikdir. Alimlər elektron dəri ilə örtülmüş süni barmaq hazırlayıb və onu sınaqdan keçirmək üçün süni ələ bərkidiblər. Yeni elektron dərinin səthi üzrə qaçan qarışqalar tərəfindən ona edilən cüzi təzyiqə cavab olaraq impulsların generasiya etdiyi aşkarlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh