Daha 2 “BMW” avtomobilində yanğın qeydə alınıb  

Qəzalar 24 Sentyabr 2018 22:25 Oxunub 822
Daha 2 “BMW” avtomobilində yanğın qeydə alınıb   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstehsalçı şirkəti məhkəməyə vermək qərarına gəlib

Cənubi Koreyada son iki gündə daha 2 “BMW” avtomobilində yanğın faktı qeydə alınıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, hər iki “BMW” 5-ci seriyadan dizel yanacağı ilə işləyən avtomobil olub. Hər iki halda insan tələfatı baş verməyib. Qeyd edək ki, BMW korporasiyası dizel yanacağı ilə işləyən avtomobillərin mühərriklərinin qaz dövriyyəsi sistemindəki qüsurlara görə ötən aydan başlayaraq Cənubi Koreyada 106 mindən çox avtomobilin geri çağırılmasına başlayıb. Buna səbəb 40-a yaxın BMW avtomobilinin mühərrikinin anidən alışıb yanmasıdır. Avqustda Cənubi Koreyada BMW sahibi olan 1226 nəfər baş verən hallardan narahatlıq keçirərək, istehsalçı şirkəti məhkəməyə vermək qərarına gəlib. Onlar maddi və mənəvi ziyana görə hər adama 15 milyon Koreya vonu (təxminın 13,5 min ABŞ dolları) kompensasiya tələb edirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh