Sabirabadda 76 ədəd ağac yandırıldı - VİDEO

Gündəm 24 Sentyabr 2018 20:36 Oxunub 733
Sabirabadda 76 ədəd ağac yandırıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təbiətə 18 min 120 manat ziyan dəyib

Kür çayının Sabirabad rayonu, Şıxsalahlı kəndi ərazisindən keçən hissəsinin sahil zolağında yerləşən meşəlik ərazidə yanğın hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, naməlum şəxslər tərəfindən meşəlik ərazinin yandırılması nəticəsində xeyli sayda iri gövdəli ağacyanaraq məhvolub. Kənd sakini Sahib Məmmədov bildirib ki, ilkin ehtimallara görə ərazidə fermerlər yanğın törədirlər. Səbəb isə quruyub məhv olmuş ağacların yerində əkin işləri aparmaqdır. Əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyini 3 saylı regional əraziidarəsinin müfəttişləri baxış keçiriblər. Məlum olub ki, ümumilikdə yanğın nəticəsində meşə ərazisində 76 ədəd müxtəlif adda ağac yanıb. Təbiətə 18 min 120 manat ziyan dəyib. Bu barədə akt tərtib olunaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh