Gənc 49 gün açıq dənizdə qalıb

Maraqlı 24 Sentyabr 2018 22:11 Oxunub 1143
Gənc 49 gün açıq dənizdə qalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Evinə qayıdan gəncin tam sağlam olduğu bildirilir

İndoneziyalı gənc oğlan Quam adaları yaxınlığında 49 gün açıq dənizdə qalıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, balıq tutmaq üçün düzəldilmiş üzən komada işləyən oğlan burada balıqları cəlb edən işığın daim yanmasına cavabdeh olub. Şirkətin işçisi həftədə bir dəfə ona baş çəkərək su, yemək, qaz və elektrik generatoru üçün yanacaq gətirirmiş. Qalan vaxt isə o, tək qalırmış. İyulda baş verən güclü tufan üzən komanı dənizə aparıb və o, Sulavesi adasından xeyli aralı düşüb. Yemək və su ehtiyatı oğlana cəmi bir neçə günlüyə kifayət edib. Acından və susuzluqdan ölməmək üçün o, balıq tutub, komanın parçalarını yandırıb və dəniz suyunun duzluluğunu azaltmaq üçün onu köynəyindən keçirərək içib. İndoneziyanın Osakadakı konsulluğunda bildiriblər ki, Aldi Novel Adilanq adlı oğlanın yanından onlarla gəmi keçsə də heç biri onu görməyib. Ümumilikdə o, 49 gün dənizdə qalıb. Bir gün Panama bayrağı ilə Yaponiyaya üzən quru yük gəmisi onu görüb. Adilanq heyətin diqqətini radiosiqnal vasitəsilə cəlb edə bilib. Bundan sonra heyət onu göyərtəyə qaldıraraq Yaponiyaya gətirib və burada İndoneziya konsulluğuna təhvil verib. Evinə qayıdan gəncin tam sağlam olduğu bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh