İki bacını maşınla vuran sürücüyə cəza verildi

Gündəm 24 Sentyabr 2018 20:48 Oxunub 650
İki bacını maşınla vuran sürücüyə cəza verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hökmə əsasən Y.Balaqardaşov 7 il müddətinə azadlıqdan məhrum edilib

Ölümlə nəticələnən qəza törədən şəxsə hökm oxunub. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəza törədəb Yaqub Balaqardaşov hakim qarşısına çıxarılıb. Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Y.Balaqardaşov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə Xəzər rayonunda baş verib. Yaqub Balaqardaşovun idarə etdiyi çirkab-maye daşıyan maşın yolu keçmək istəyən 2 bacı-1970-ci il təvəllüdlü Gülnarə Əlipənahova və 1958-ci il təvəllüdlü Nənəgül Babayevanı vurub. Hadisə nəticəsində xəsarət alan hər iki qadın xəstəxanaya yerləşdirilsələr də, 48 yaşlı G.Əlipənahova dünyasını dəyişib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh