Rəis hakim qarşısında - 167 minlik mənimsəmə

Gündəm 24 Sentyabr 2018 20:54 Oxunub 768
Rəis hakim qarşısında - 167 minlik mənimsəmə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Məhkəmənin baxış iclası sentyabrın 31-nə təyin edilib

Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyev hakim qarşısına çıxarılıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Şahin Tağıyev mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Şahin Tağıyev həbs edilməyib və ev dustaqlığındadır. Məhkəmənin baxış iclası sentyabrın 31-nə təyin edilib. Qeyd edək ki, ittihama görə Ş.Tağıyev 167 min manat mənimsəyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh